DÜNYA


Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşub

Bakı, 3 noyabr, AZƏRTAC

Rusiyada sərnişin qatarının yük avtomobili ilə toqquşması nəticəsində 20-dək insan xəsarət alıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə Krasnodar diyarında, Timaşevsk və Vedimovsk dəmir yolu stansiyaları arasında baş verib.

Minskdən Adlerə gedən qatar hərəkətdə olarkən yük avtomobili dəmir yoluna çıxıb. Hadisə zamanı qatarın maşinisti və köməkçisi, 15 sərnişin və yük avtomobilinin sürücüsü xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.