DÜNYA


Rusiyada sərnişin təyyarəsinin qəza enişi zamanı iki nəfər həlak olub

Moskva, 27 iyun, AZƏRTAC

Rusiyanın Buryatiya Respublikasında sərnişin təyyarəsinin qəza enişi zamanı iki nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Nijneanqarsk aeroportunda “An-24” təyyarəsinin qəza enişi zamanı iki pilot həlak olub, 22 nəfər yaralanıb.

Məlumata görə, təyyarənin göydə mühərriklərindən biri sönüb. Eniş zamanı təyyarə uçuş zolağından çıxıb və aeroportdakı təmizləyici qurğular olan bina ilə toqquşaraq alovlanıb.

“Anqara” aviaşirkətinə məxsus təyyarə Ulan-Ude-Nijneanqarsk-İrkutsk marşrutu ilə uçuş həyata keçirirdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.