DÜNYA


Rusiyada silah-sursat anbarında partlayış baş verib

Moskva, 9 avqust, AZƏRTAC

Rusiyanın Krasnoyarsk vilayətində silah-sursat anbarında daha bir neçə partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, Krasnoyarsk diyarının Açinsk şəhəri yaxınlığında yerləşən anbarda partlayış nəticəsində 9 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi sursat olan stellaja ildırım düşməsi nəticəsində yanğın və partlayış baş verib.

Xatırladaq ki, avqustun 5-də də həmin anbarda partlayış baş vermişdi. Nəticədə bir nəfər həlak olmuş, 13 nəfər yaralanmışdı. Bölgədə fövqəladə vəziyyət elan olunmuş, anbarın yaxınlığındakı yaşayış məntəqələrindən 16 mindən çox adam köçürülmüşdü.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.