DÜNYA


Rusiyada son 24 saatda koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Rusiyada son sutka ərzində koronavirusa 40 min 96 yoluxma (bir gün əvvəl 36 min 582) və 1159 ölüm halı (bir gün əvvəl 1123) qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi Rusiyanın koronavirusun yayılması ilə mübarizə üzrə operativ qərargahına istinadla məlumat yayıb. Həm yoluxma, həm də ölüm hallarının sayı pandemiyanın əvvəlindən bəri maksimum göstəricidir.

Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına görə, indiyədək Rusiyada COVID-19 infeksiyasına 8 milyon 392 min 697 nəfər yoluxub, koronavirus səbəbindən ölənlərin sayı isə 235 min 57 nəfərə çatıb. Rusiya hər iki göstəricisi üzrə dünyada beşinci yeri tutur. Həmçinin ötən sutka ərzində 29 min 318 nəfər COVID-19 xəstəliyindən sağalıb və sağalanların ümumi sayı 7 milyon 272 min nəfəri ötüb. Aktiv xəstələrin sayı isə 885 min 587 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirusla bağlı epidemioloji vəziyyətin ağırlaşması səbəbindən Prezident Vladimir Putinin sərəncamı ilə bütün ölkə üzrə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan olunub. Bəzi regionlarda “koronavirus tətili” oktyabrın 25-dən başlayıb. Epidemioloji vəziyyət pisləşməyə davam edərsə, qeyri-iş günlərinin sayının artırılacağı istisna olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.