ELM VƏ TƏHSİL


Rusiyada təhsil alan 55 nəfər rezidenturaya qəbul olmaq üçün ərizə verib

Bakı, 11 iyun, AZƏRTAC

Rezidenturaya ərizə qəbulunda iştirak edən namizədlərdən 1798 nəfər Azərbaycan, 2 nəfər Türkiyə, 7 nəfər Gürcüstan, 55 nəfər Rusiya, 1 nəfər Qazaxıstan, 1 nəfər Çin, 1 nəfər Belarus və 31 nəfər Ukrayna universitetlərində təhsil alan (almış) şəxslərdir.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, 132 nəfər isə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunudur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul olmaq istəyən namizədlərin qeydiyyatı mayın 26-dan iyunun 4-dək aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.