DÜNYA


Rusiyada təhsil alan əcnəbi tələbələrin ölkəyə gəlişi məsələsi bir ay ərzində həll olunacaq

Moskva, 9 sentyabr, AZƏRTAC

Rusiyada təhsil alan əcnəbi tələbələrin ölkəyə gəlişi məsələsi bir ay ərzində həll olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

O deyib ki, aidiyyəti qurumların təklifləri əsasında qərar artıq qəbul edilib, konkret tarix yaxın vaxtlarda elan olunacaq. XİN başçısı əcnəbi tələbələrin Rusiyaya qayıdışının mərhələlərlə təşkil olunacağını vurğulayaraq bildirib ki, ilk növbədə, qonşu ölkələrdən tələbələrin gəlişi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Rusiyada 106 mindən çox koronavirus xəstəsi var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.