DÜNYA


Rusiyada təqaüdçüləri təhqir edən deputat istefaya göndərilib

Bakı, 14 mart, AZƏRTAC

Rusiyanın Volqoqrad vilayət Dumasının deputatı Həsən Nəbiyev az təqaüd alan təqaüdçüləri “tüfeyli” adlandırdığı üçün parlamentin tərkibindən çıxarılıb.

AZƏRTAC Rusiya KİV-nə istinadla xəbər verir ki, Volqoqrad vilayət Dumasının saytında yerləşdirilmiş məlumatda deyilir: “Bu gün Volqoqrad vilayət Dumasının dövlət quruculuğu, yerli özünüidarəetmə və ərazilərin inkişafı Komitəsi regional parlamentin üzvü Həsən Nəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxıb və müvafiq qərar qəbul edib”. Parlament komitəsi vilayət Dumasına bununla bağlı qanun layihəsi qəbul etməyi tövsiyə edib.

Bundan əvvəl də deputatın mənsub olduğu “Edinaya Rossiya” fraksiyası deputatın partiya sıralarından çıxarılması haqqında qərarı yekdilliklə qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.