DÜNYA


Rusiyada terror aktı hazırlayan şəxs zərərsizləşdirilib

Moskva, 13 mart, AZƏRTAC

Rusiyanın Samara vilayətində terror aktı hazırlayan şəxs zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Milli Anti-terror Komitəsinin məlumatına görə, martın 13-nə keçən gecə Rusiya Federal Təhqiqat Bürosuna Samara vilayətinin Yekaterinovka kəndində terror aktı hazırlayan silahlı şəxs barədə məlumat daxil olub. Əməliyyat zamanı beynəlxalq terror təşkilatlarından birinin üzvü olan silahlı şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıb. O, cavab atəşi ilə zərərsizləşdirilib. Onun evindən silah-sursat aşkarlanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.