DÜNYA


Rusiyada təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub

Moskva, 13 sentyabr, AZƏRTAC

Rusiyanın İrkutsk vilayətində təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, İrkutsk vilayətinin Kazaçinsk yaşayış məntəqəsi yaxınlığında qəza enişi etmiş təyyarənin iki sərnişini və iki heyət üzvü həlak olub, 12 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə əlaqədar Rusiya İstintaq Komitəsi cinayət işi açıb.

Xatırladaq ki, “Aeroservis” şirkətinə məxsus “L-410” təyyarəsi İrkutsk vilayətinin Kazaçinsk yaşayış məntəqəsi yaxınlığında meşəyə düşüb. Təyyarədə 14 sərnişin və 2 heyət üzvü olub.

Qəzaya dumanlı hava şəraitində pilotların səhvi və mühərrikdə yaranmış nasazlığın səbəb olduğu bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.