DÜNYA


Rusiyada vahid səsverməyə yekun vurulur

Moskva, 14 sentyabr, AZƏRTAC

Rusiyada üç gün davam edən regional və yerli səsverməyə yekun vurulur.

AZƏRTAC xəbər verir ki, ölkənin 85 regionundan 83-də keçirilən səsvermə 2021-ci ilə nəzərdə tutulmuş federal parlament seçkiləri ərəfəsində sonuncu səsvermədir.

Səsvermədə ali vəzifələrə birbaşa seçkilər keçirilib, yerli parlamentlərin deputatları, eləcə də 4 birmandatlı dairələrdə Dövlət Dumasının deputatları seçilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə 171 minə yaxın namizədlik irəli sürülüb. MSK-nın sədri Ella Pamfilova səsvermə zamanı, demək olar ki, qanun pozuntusunun qeydə alınmadığını bildirib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.