DÜNYA


Rusiyada valyuta kursu lövhələrini küçələrdə asmaq qadağan ediləcək

Bakı, 6 dekabr, AZƏRTAC

Rusiya Federasiyasının Dövlət Duması valyuta kursu lövhələrini küçələrdə asmağı qadağan edəcək qanun qəbul edib. Bundan sonra həmin lövhələr yalnız bankın daxilində yerləşdirilə bilər.

AZƏRTAC xəbər verir ki, ölkənin Mərkəzi Bankı bu addımın qanunsuz valyutadəyişmə məntəqələri ilə mübarizə aparmaq məqsədilə atıldığını bəyan edib. “Vedomosti” qəzetinin yazdığına görə, onlar küçə reklamından əhalinin diqqətini daha çox cəlb etmək üçün istifadə edirlər.

Mərkəzi Bankın rəsmi nümayəndəsi qeyd edib: “Təcrübə göstərir ki, valyuta kursları haqda informasiya olan lövhələri binaların xaricində qanunsuz “valyuta mübadiləsi məntəqələri” yerləşdirir. Onlar səlahiyyətli bankın əməliyyat kassaları adı altında fəaliyyət göstərirlər”.

Banklar isə, bir qayda olaraq, bu cür lövhələri binanın içərisində yerləşdirir. Bu səbəbdən yeni qanun onların pəncərələrinə və vitrinlərinə şamil olunmur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.