DÜNYA


Rusiyada vergi daxilolmaları artıb

Bakı, 8 may, AZƏRTAC

Rusiyanın Federal Vergi Xidməti cari ilin yanvar-mart aylarında məcmu xəzinəyə 5,2 trilyon rubl vergi ödəyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

Xidmətin rəhbəri Mixail Mişustinin sözlərinə görə, ilk rübdə mənfəət vergisinin həcmində 14,1 faiz, əlavə dəyər vergisinin həcmində isə 11 faiz artım olub. Fiziki şəxslərin gəlir vergisinin artımı isə 7,8 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.