DÜNYA


Rusiyada vergi daxilolmaları kəskin azalıb

Bakı, 25 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Rusiya Federasiyasının dövlət büdcəsinə vergi daxilolmalarında 11 faiz azalma olub.

AZƏRTAC xəbər verir ki, Federal Vergi Xidmətinin məlumatına görə, vergi yığımlarının azalmasına dünya bazarında neftin qiymətinin ucuzlaşması, eləcə də tələbatın azalması və koronavirus pandemiyasının yayılması ilə bağlı tədbirlərə görə vergi güzəştlərinin müəyyənləşdirilməsi təsir göstərib.

Nəticədə ikinci rübdə vergi daxilolmalarındakı azalma 26 faiz olub. On ayın nəticələrinə görə isə daxilolmaların həcmi 16,9 trilyon rubl təşkil edib.

Həmçinin biznesə verilmiş güzəştlər sayəsində məşğulluğu saxlamaq mümkün olub və ölkədə əməkhaqqı 4 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.