DÜNYA


Rusiyada xüsusi hərbi əməliyyatın iştirakçıları ilə bağlı qanun qəbul edilib

Rusiyada xüsusi hərbi əməliyyatın iştirakçıları ilə bağlı qanun qəbul edilib

Moskva, 14 mart, AZƏRTAC

Rusiya Dövlət Duması Ukraynada xüsusi hərbi əməliyyatın bütün iştirakçılarına qarşı ayrı-seçkiliyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib.

AZƏRTAC xəbər verir ki, hazırda Rusiya silahlı qüvvələrindən xaricdə istifadə olunmasına qarşı çıxan şəxslərin məsuliyyətə cəlb olunması nəzərdə tutulurdusa, indi bu məsuliyyət könüllü qruplara qarşı çıxanlara da aiddir.

Bundan əlavə, indiyədək Rusiya Silahlı Qüvvələri barədə feyk məlumatlar yayan şəxslər 15 ilədək azadlıqdan məhrum edilə bilərdilər. İndi bu maddə könüllü dəstələr barədə saxta məlumat yayan şəxslərə də şamil olunur.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.