DÜNYA


Rusiyada yeni fitosanitar nəzarət qaydaları təsdiqlənib

Moskva, 19 avqust, AZƏRTAC

Rusiya gömrük məntəqələrində baqajda və əl çantalarında daşınan meyvə, tərəvəz və güllər nəzarətdən keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Rusiya hökumətinin avqustun 19-da qüvvəyə minən yeni qərarına əsasən, gömrük məntəqələrində baqaj və əl çantalarında sərhəddən keçirilən meyvə, tərəvəz və güllər yoxlanılacaq. Yeni fitosanitar nəzarət qaydalarında göstərildiyi kimi, təyyarə, gəmi, qatar, avtomobil sərnişinləri, eləcə də ekipaj üzvləri və maşinist heyətlərinin də baqajları yoxlanacaq.

Fitosanitar sertifikat olmadan baqajda və əl çantasında 5 kiloqrama qədər meyvə və tərəvəz, hər birində 15-ə qədər gül olan 3 buket keçirmək mümkündür. Sərhəddən keçirilən daha böyük miqdarda meyvə, tərəvəz və gül müvafiq sertifikatla müşayiət olunmalıdır. Toxum və kartofu isə sertifikatsız Rusiyaya gətirmək qadağandır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.