CƏMİYYƏT


Rusiyada yeniyetmələr üçün COVID-19 əleyhinə peyvənd qeydiyyata alınıb

Bakı, 25 noyabr, AZƏRTAC

Yeniyetmələr üçün yeni koronavirus infeksiyasına qarşı “Sputnik M” peyvəndi Rusiya Federasiyasında qeydiyyatdan keçib. AZƏRTAC Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Rusiyanın N.F.Qamaleya adına Mərkəzin direktor müavini Denis Loqunov məlumat verib. “Bu gün “Sputnik”in uşaq populyasiyasında istifadəsinə icazə verilib, peyvənd qeydiyyata alınıb”, - deyə o vurğulayıb.

Baş nazirin müavini Tatyana Qolikova, həmçinin bildirib ki, uşaqlar üçün peyvənd dekabrın sonundan tez olmayaraq Rusiya Federasiyasında mülki dövriyyəyə buraxılacaq.

12-17 yaşlı uşaqlar arasında “Sputnik M”in kliniki tədqiqatlarına iyunun 5-də Moskvada başlanılıb. Bundan əvvəl N.F.Qamaleya adına Mərkəzin direktoru Alexander Qintsburqun izah etdiyi kimi, koronavirus əleyhinə “Sputnik V” peyvəndinin konsentrasiyası yeniyetmələrin peyvənd olunması üçün beş dəfə, azyaşlı uşaqlar üçün isə 10 dəfə azaldılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.