DÜNYA


Rusiyada zavodda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 16-ya çatıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunun barıt sexində baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən həlak olanlardan 12-sinin cəsədləri aşkarlanıb.

Təcili xidmət orqanlarından bildiriblər ki, zavodun barıt sexi partlayıcılar istehsalı və döyüş sursatlarının utilizasiyası ilə məşğul olan kompaniyaya məxsusdur.

Zavod yaşayış məntəqəsindən iki kilometr aralıda yerləşdiyindən əhali üçün təhlükə yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.