SİYASƏT


Rusiyadakı diaspor təşkilatlarının fəaliyyəti videokonfransda müzakirə olunub

Bakı, 7 may, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və üzvləri ilə videokonfransları davam etdirir.

Komitədən AZƏRTAC-a bildiriblər ki, növbəti videokonfransda Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak ediblər.

Virtual konfransa Rusiyanın Azərbaycan İcmasının sədri Fazil Qurbanov, "AZƏRROS" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin sədri Mehriban Sadıqova, Cənub Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutu) rektoru İmran Əkbərov, "Smolnı Universiteti" Elmi-Təhsil Konsorsiumunun prezidenti Heydər İmanov, Rusiya Vəkillər Gildiyasının üzvü Azər Məmmədov, Rusiya Elmlər Akademiyasının kənd təsərrüfatı elmləri bölməsinin müxbir üzvü Zahid Qocayev, "AZƏRROS" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin mətbuat katibi Vaqif Adıgözəlov qatılıblar.

Konfrans iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyadakı soydaşlarımızın COVID-19 pandemiyası ilə əlaqədar karantin müddətində yaşayışı və ehtiyacları ilə maraqlanıb, onların suallarını cavablandırıb.

Komitə sədri bütün dünyada çətin və mürəkkəb proseslərin yaşandığı vaxtda dünya azərbaycanlılarının, o cümlədən də Rusiyada yaşayan soydaşlarımızın həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırıb və diaspor təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan diasporunun karantin müddətində və postpandemiya dövründə fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Videokonfransda Dövlət Komitəsinin soydaşlarımızın müraciətlərinə çevik reaksiyası təqdir olunub.

Diaspor təşkilatlarının rəhbərləri bu çətin dönəmdə xaricdə yaşayan həmvətənlərimizə göstərilən diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.