DÜNYA


Rusiyadan 225 kiloqram qızıl çıxarmağa cəhd edən Ermənistan vətəndaşları saxlanılıb

Moskva, 18 avqust, AZƏRTAC

Ermənistan vətəndaşları Rusiyadan 225 kiloqram qızıl aparmağa cəhd göstəriblər.

AZƏRTAC xəbər verir ki, üç Ermənistan vətəndaşı 225 kiloqram qızılı Rusiya sərhədindən keçirərkən saxlanılıb. İlkin hesablamalara görə, aşkar edilən qızılın dəyəri 770 milyon rubl (təxminən 13 milyon dollar) təşkil edir.

Moskva aeroportunda saxlanılan qaçaqmalçılar hüquq-mühafizə orqanlarına təhvil verilib.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.