İQTİSADİYYAT


Rusiyadan Azərbaycan sərhədinə gedən “Qafqaz” avtomobil yolu yenidən qurulur

Moskva, 10 iyul, AZƏRTAC

Şimali Osetiyada Azərbaycan sərhədinə gedən “Qafqaz” avtomobil yolu yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, Şimali Qafqazdan Azərbaycanadək gələn “Qafqaz” avtomobil yolu genişləndiriləcək. Yolun 8 kilometrlik sahəsində təmir işləri bu ilin sonunadək başa çatacaq. Avtomobil yolunun əvvəllər 2 zolaqdan ibarət Beslan-Çermen hissəsi dördzolaqlı olacaq, yeni metal məhəccərlər, yol nişanları və sair qoyulacaq.

Qeyd edək ki, R-17 “Qafqaz” avtomobil yolu Krasnodardan başlayaraq Azərbaycanın sərhədinə kimi uzanır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.