DÜNYA


Rusiyadan İtaliyaya təbii qaz nəqli bərpa edilib

Roma, 5 oktyabr, AZƏRTAC

Rusiya təbii qazının İtaliyaya nəqlinin bu gündən etibarən bərpa olunduğu bildirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom” şirkəti məlumat yayıb.

Bildirilib ki, Rusiya qazının Avstriya üzərindən İtaliyaya nəqli bərpa olunub və tədarükün davam etdirilməsi ilə bağlı tərəflər arasında həll yolu tapılıb. Avstriyadakı operator “Gazprom”a daşımalarla bağlı icazə verib və beləliklə, İtaliyaya qaz tədarükü bərpa edilib.

Xatırladaq ki, Rusiya qazının İtaliyaya nəqli Avstriyada sanksiyalar səbəbindən qəbul edilən yeni qanunvericiliklə bağlı yaranan problemlərə görə oktyabrın 1-də dayandırılmışdı.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.