CƏMİYYƏT


Rusiyadan gələn professorlar Tədris Terapevtik Klinikasında olublar

Bakı, 16 iyul, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyadan dəvət olunan professorlar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında olublar.

İ.M.Seçenov adına I Moskva Tibb Universitetinin pulmonologiya kafedrasının müdiri, professor Sergey Avdeyevin rəhbərlik etdiyi nümayəndə heyəti koronavirusla mübarizədə azərbaycanlı həmkarlarına dəstək məqsədilə ölkəmizə gəlib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rusiyalı həkim heyəti ilk öncə klinikanın direktoru, professor Surxay Musayevlə görüşüblər. Onlar klinikadakı şəraitlə ətraflı tanış olublar. Sonra klinikanın müalicə işləri üzrə müavini, baş həkim Fəridə Hacıyeva, həkim-infeksionist Aygül Əliyeva və şöbələrdə çalışan həkim heyəti ilə koronavirusla mübarizədə əldə olunan ikitərəfli təcrübə və fikir mübadiləsi aparılıb.

Rusiyalı professorlar klinikada müalicə alan xəstələrlə də görüşərək onların vəziyyəti ilə tanış olub, bəzilərini müayinə edərək müalicəsi istiqamətində öz fikirlərini bölüşüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.