CƏMİYYƏT


Rusiyadan idxal edilən toyuğun bel tili məhsulunda salmonella aşkarlanıb

Bakı, 22 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “Pecypc-ЮГ” MMC tərəfindən istehsal olunan və “Frozen products” MMC tərəfindən ölkəmizə idxal edilən 19.14 ton toyuğun bel tili məhsulu partiyasına baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.