CƏMİYYƏT


Rusiyadan ölkəmizə idxal edilən toyuq dərisinin istehlak üçün yararsız olduğu aşkarlanıb

Bakı, 5 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı Rusiya Federasiyasında fəaliyyət göstərən TK “Resurs-yuq” tərəfindən istehsal olunan və “Azfood Company” MMC (7,3 ton) və "Hereti Bottling Company" MMC (4,7 ton) tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 11,94 ton toyuq dərisinə baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.