İDMAN


Rusiyalı ağır atlet Oksana Slivenko 2008-ci il Olimpiadasının qızıl medalını alıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Rusiyalı ağır atlet Oksana Slivenko 2008-ci il Olimpiadasının qızıl medalını alıb. Bu medal əvvəlcə Çin nümayəndəsi Lyu Çunxuna məxsus olub. Lakin Rusiya Ağır Atletika Federasiyasının (RAAF) prezidenti Aleksandr Kişkin bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi çinli atletin nəticəsini sonradan ləğv edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Lyu Çunxun antidopinq qaydalarını pozduğuna görə Beynəlxalq Olimpiya Komitəsi bu idmançının həmin Olimpiadada göstərdiyi nəticəni ləğv edib.

Pekin Olimpiadasında Slivenko 69 kq çəki dərəcəsində ikinci yeri tutmuşdu. Əvvəlcə planlaşdırılırdı ki, Slivenko qızıl medalı dekabr ayında RAAF İcraiyyə Komitəsinin iclasında alacaq, lakin bəzi səbəblər üzündən vəziyyət dəyişib.

A.Kişkin deyib: “Oksana Slivenko bu medalı artıq alıb. Federasiya mükafatı ona təntənəli şəraitdə təqdim etməyi planlaşdırırdı, lakin idmançı bizim idarəyə gəlib ərizə yazıb ki, medalı ona elə həmin gün versinlər. Bu, onun qərarı olub”.

Aktivində dünya çempionatlarının 3 qızıl mükafatı olan 31 yaşlı rusiyalı idmançı Avropa çempionatlarında daha 6 qızıl medal qazanıb. Bundan əlavə, Slivenkonun aktivində 2013-cü ildə Kazanda keçirilmiş Universiadanın qızıl medalı da var. Slivenko 2013-cü ilin sonunda öz idman karyerasını dayandırmışdı, lakin ötən il iyulun əvvəlində o, karyerasını davam etdirəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.