ELM VƏ TƏHSİL
Rusiyalı alim Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə mühazirə oxuyub
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov Rusiya Federasiyasının Q.Plexanov adına İqtisadiyyat Universitetinin turizm, idman və qonaqpərvərlik sənayesi kafedrasının müdiri, dosent Aleksey Kılasov ilə görüşüb.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi tərəfindən təşkil olunan görüşdə qonağa universitetin təhsil, tədris, təcrübə, tədqiqat modellinə əsaslanan fəaliyyəti barədə məlumat verilib.
Sonra A.Kılasov ATMU-nun rus bölməsində turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrə “İşgüzar və əlamətdar turizm” mövzusunda mühazirə oxuyub.