ELM VƏ TƏHSİL
Rusiyalı alimlər Fizika İnstitutunun maddi-texniki bazası ilə tanış olublar
Bakı, 12 iyun, AZƏRTAC
Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Vladislav Osedlo və professor Sergey Svertilov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovla görüşüblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə V.Osedlo səfərlərinin məqsədinin Fizika İnstitutunun fəaliyyəti ilə tanışlıq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək olduğunu deyib.
N.Məmmədov rusiyalı alimlərlə əməkdaşlığın mümkünlüyünü vurğulayıb.
S.Svertilov isə Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutu və Milli Aviasiya Akademiyasının “Universat-Sokrat” layihəsi haqqında məlumat verib.
Sonda qonaqlar Fizika İnstitutunun innovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olublar. Rusiyalı alimlərə burada aparılan tədqiqat işləri haqqında məlumat verilib.