ELM VƏ TƏHSİL


Rusiyalı alimlərdən postsovet ölkələrində ali təhsil müəssisələrinə qəbul imtahanlarına dair kollektiv monoqrafiya

Bakı, 30 iyun, AZƏRTAC

Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti tərəfindən “Postsovet ölkələrində ali təhsil müəssisələrinə qəbul: imtahanlar dövlət məsələlərinin həlli aləti kimi” kollektiv monoqrafiya nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan təcrübəsi də yer alıb. Rusiyanın Ali İqtisadiyyat Məktəbi milli tədqiqat universiteti tərəfindən mütəmadi olaraq postsovet təhsili mövzusunda məqalələr və kitablar dərc olunur. Növbəti kollektiv monoqrafiyada 6 postsovet ölkəsində dövlətin vəzifələri prizmasından çıxış edilərək ali təhsil müəssisələrinə qəbul imtahanları barədə məlumat verilir.

Monoqrafiyada hər bir ölkənin təcrübəsinə əsasən milli qiymətləndirmə sistemləri müzakirə edilir. Burada SSRİ-nin süqutundan sonra vahid qəbul imtahanlarının tətbiqinin səbəbləri, imtahanlarda şəffaflığın və ictimai dəstəyin təmin edilməsi, imtahanların əsas xarakteristikaları, keçirilmə proseduru, nəticələri və onların təhsil sisteminə, cəmiyyətə təsiri və digər məsələlər əksini tapıb.

Kollektiv monoqrafiyanı Dövlət İmtahan Mərkəzinin satından yükləmək olar.

Kitabın tərtibçiləri və elmi redaktorları Ali İqtisadiyyat Məktəbi milli tədqiqat universitetinin Təhsildə qiymətləndirmə və psixometriya mərkəzinin elmi rəhbəri, pedaqogika elmləri doktoru, professor V.A Bolotov və Ali İqtisadiyyat Məktəbinin A.A.Pinsk adına Ümumi və əlavə təhsil mərkəzinin eksperti R.V. Qorbovskidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.