CƏMİYYƏT


Rusiyalı alimlərin fikrincə, Xəzərin səviyyəsi təhlükəli dərəcədə artmayacaq

Bakı, 11 fevral, AZƏRTAC

Dünya okeanının səviyyəsi yüksəlməkdədir. Bu əsrin sonuna qədər okean səviyyəsinin 1 metr, növbəti əsrin sonuna qədər 10 metr artacağı istisna olunmur.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun Rusiya İqlim Proqramının direktoru Aleksey Kokorin bu fikirdədir.

A.Kokorin qeyd edib ki, dənizlərin səviyyəsi qeyri-müntəzəm şəkildə artacaq. O deyib: “Tropik zonalarda bu artım 1,5 metrə, mülayim enliklərdə və şimal isə 50 santimetrə qədər olacaq. Səviyyə artımındakı fərqlər tektonik layların hərəkəti ilə bağlıdır”.

Aleksey Kokorinin fikrincə, dənizin səviyyəsinin artması Sankt-Peterburq, Qara dəniz və Azov dənizi körfəzlərindəki şəhərlər və Yamal yarımadası üçün daha təhlükəli ola bilər. Xəzər dənizi və Uşaq Şərq regionlarında isə suyun səviyyəsinin təhlükəli dərəcədə artması gözlənilmir.

Nəticələri “Nature” jurnalında dərc edilmiş tədqiqatın müəllifləri Qrenlandiya və Antarktida buzlarının əriməsini də proznozlaşdırırlar. Bu hadisə dənizlərin səviyyəsinə təsir göstərəcək. Nəşrdə dəqiqləşdirilir ki, dəniz səviyyəsinin sürətlə yüksəlməsi 2065-2075-ci illər arasında baş verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.