MƏDƏNİYYƏT


Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər VİDEO

Bakı, 21 fevral, AZƏRTAC

“Conde.Media” prodüser şirkəti Azərbaycan haqqında növbəti filmini lentə alıb.

AZƏRTAC xəbər verir ki, bu dəfə aparıcı Nataşa Konde ölkəmizin şimal-şərq rayonlarında olub. Səyahətinə Xızıdan başlayan aparıcı qeyd edib ki, heyrətamiz qızılı-qırmızı çalarlı landşaftı bu rayonu digərlərindən fərqləndirir. “Maraqlıdır ki, turistlərin bir çoxu və hətta yerli sakinlər də paytaxtın birbaşa yaxınlığında olan bu möcüzəvi Marssayağı peyzajlar haqqında məlumata malik deyillər”, - deyə o vurğulayıb.

Sonra çəkiliş qrupu Quba və Qusar şəhərlərində olub, Şahdağ dağ-xizək kurortuna baş çəkib. Filmdə bu şəhərlərin görməli məkanlarından, dağlardakı yaşayış məntəqələrindən, Xınalıq kəndinin tarixindən ətraflı bəhs edilir.

Filmdə çoxlu maraqlı təbiət peyzajları, məscidlər, tarixi abidələr, yerli sakinlərlə söhbət zamanı çəkilmiş kadrlar var. Tamaşaçılar qiymətlərlə, Şahdağ kurortundakı şəraitlə, Anıq kəndindəki qədim məscidlə tanış olmaq, həmçinin aparıcının təhlükəli dağ yollarında hansı təhlükələrlə üzləşdiyini görmək imkanına malik olacaqlar.

“Conde.Media” Azərbaycanın digər rayonlarında da çəkilişləri davam etdirəcək. Filmin prodüseri və rejissoru Fransua Kondedir. Baş sponsor qismində isə Azərbaycanın “Azermaş” avtomobil şirkəti çıxış edib. Filmin çəkiliş qrupunun üzvləri şirkətin onların sərəncamına verdiyi “Xəzər” avtomobilində Xızı, Quba, Qusar rayonlarına, Şahdağ dağ-xizək kurortuna və hətta yüksək dağlıq ərazidə yerləşən Laza kəndinə gediblər.

Filmin media-tərəfdaşı AZƏRTAC informasiya agentliyidir. Bakıda olduqları zaman bloqqerlər “Passage Boutique Hotel”də qalıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.