SİYASƏT
Rusiyalı deputat Azərbaycan və İranla birlikdə parlament üçlüyü yaratmağı təklif edib
Moskva, 5 dekabr, AZƏRTAC
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Rusiya-Azərbaycan-İran parlament üçlüyü yaratmağı təklif edib. Bu fikirləri o, İran parlamentinin üzvləri ilə Moskvada keçirilən birgə iclasda söyləyib.
AZƏRTAC xəbər verir ki, L.Slutski üç ölkə prezidentlərinin bir çox sahələrdə şimal-cənub vertikalı üzrə əməkdaşlıq etdiklərini bildirib. “Əminəm ki, biz də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun iştirakı ilə belə bir üçlük yaratmaq barədə düşünə bilərik. Bu, bizim üçün çox maraqlıdır”, - deyə rusiyalı deputat vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva