DÜNYA


Rusiyalı deputat: Ölkədə kriptovalyutanın qadağan edilməsi texnoloji inkişafa mənfi təsir göstərəcək

Moskva, 25 yanvar, AZƏRTAC

Rusiya Dövlət Dumasında ölkədə kriptovalyutanın qadağan edilməsinin texnoloji inkişafa mənfi təsir göstərəcəyini bildiriblər.

AZƏRTAC xəbər verir ki, Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin müavini Anton Qorelkin Mərkəzi Bankın ölkədə kriptovalyutanı qadağan etmək qərarını pisləyib.

O qeyd edib ki, iqtisadi təhlükəsizlik baxımından qərar anlaşıqlı olsa da, Rusiyada yüksək texnologiyaların inkişafını ləngidəcək.

Deputatın fikrincə, qərar ətraflı müzakirə olunmalı və kriptovalyuta sahəsində vahid qaydalar müəyyən edilməlidir.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı yanvarın 21-də ölkə ərazisində kriptovalyuta dövriyyəsinin qadağan olunması təklifi irəli sürüb. Eyni zamanda, maliyyə təşkilatlarının kriptovalyutaya sərmayə qoymasının da qadağan ediləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.