İDMAN


Rusiyalı əkiz bacılar Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında ilk iki pillədə qərarlaşıblar

Bakı, 17 sentyabr, AZƏRTAC

Rusiyalı əkiz bacılar Dina və Arina Averinalar Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında top ilə yarışlarda ilk iki pillədə qərarlaşıblar.

AZƏRTAC xəbər verir ki, D.Averina 23,500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. A.Averina isə 23,050 xalla gümüş medal qazanıb. İlk üçlüyü israilli gimnast Linoy Aşram (22,400 xal) tamamlayıb.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.