SİYASƏT


Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

Moskva, 22 sentyabr, AZƏRTAC

Cənubi Qafqazda sülhə nail olunmasının yeganə yolu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib. O, təəssüflə bildirib ki, Ermənistan BMT qətnamələrini yerinə yetirməməklə yanaşı, onların reallaşdırılmasını əngəlləyir. Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması sülhün bərqərar edilməsinin yeganə yoludur.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişə nail olmaq üçün Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etmək təklifini irəli sürüb. “Bunun alternativi tammiqyaslı hərbi əməliyyatların başlanmasıdır”, - deyə İ.Korotçenko bildirib.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun Ermənistanı “Kazan formulu”nun müddəalarını yerinə yetirməyə çağırıb. Ekspert deyib ki, Paşinyan bunun üçün siyasi iradə nümayiş etdirməlidir, lakin o, ölkəsindəki radikalların onu ya öldürəcəklərindən, ya da devirəcəklərindən qorxur. “Paşinyan qorxu içində yaşadıqca, ya tammiqyaslı döyüş əməliyyatları başlaya, ya da blokada şəraitində olan Ermənistanda iqtisadi vəziyyət daha da pisləşə bilər. Dağlıq Qarabağ münaqişəsi istənilən halda həll olunmalıdır. Paşinyanın buna münaqişə zonasında vəziyyət pisləşənədək qol qoymağa siyasi iradəsinin çatıb-çatmayacağı məlum deyil”, - deyə S.Markov bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.