İDMAN


Rusiyalı gimnast Bakıda keçiriləcək dünya çempionatının səfiri seçilib

Bakı, 12 mart, AZƏRTAC

Məşhur rusiyalı gimnast Yana Batırşina bu il sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiri elan olunub.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, Y.Batırşinanın namizədliyi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqlənib.

Bir neçə dəfə dünya çempionu, “Atlanta 1996” Yay Olimpiya Oyunlarının mükafatçısı dünya çempionatının təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Proqram çərçivəsində bir sıra tədbirlər və azarkeşlərlə görüş nəzərdə tutulub.

Gimnast karyerasını başa vurduqdan sonra Y.Batırşina televiziyada çalışmağa başlayıb. 2000-ci ildən Rusiyanın müxtəlif kanallarında bir sıra verilişlərin aparıcısı olan Batırşina Rusiyanın Birinci kanalında gənclər üçün populyar olan “До 16 и старше” proqramında aparıcılıq edib. 2001-ci ildə növbəti iki il ərzində idman xəbərlərini aparmaq üçün “Paytaxt” kanalına keçib. Burada o “İdman” telekanalının əməkdaşları tərəfindən diqqəti cəlb edib və həmin kanalda işləməyə başlayıb. Y.Batırşina bu idman kanalında 2012-ci ilə qədər çalışıb.

Bu layihə ilə yanaşı, Yana, digər layihələrdə də rol alıb. 2002-ci ildə izləyicilər Yananı “Fort Boyard” adlı televiziya şousunda görürlər. İki il sonra isə keçmiş idmançı “Xalq artisti” musiqi şousunda aparıcı qismində çıxış edib.

2013-2016-cı illərdə “Karusel” uşaq telekanalında “Bir nəfər hamıya qarşı” proqramını aparıb. 2014-cü ildə Vankuver Qış Olimpiya Oyunları zamanı Y.Batırşina “İdman plyus” kanalının xüsusi Olimpiya kanalında aparıcılıq edib.

Yana “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun sabiq üzvü, NTV kanalının baş prodüseri Timur Vaynşteyn ilə ailəlidir. Onların Maryam və Ayla adında iki qızı və ötən ilin fevralında doğulmuş Leonid adlı oğulları var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.