İDMAN


Rusiyalı məşqçi Aleksandr Kovalyov: EYOF Bakı-2019 Avropa yığmalarının yaxşı oyun göstərmələri üçün əla məkandır

Bakı, 25 iyul, AZƏRTAC

EYOF Bakı-2019 Avropa yığmalarının yaxşı oyun göstərmələri üçün əla məkandır.

Qızlar arasında basketbol üzrə Rusiya yığmasının baş məşqçisi Aleksandr Kovalyov bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.

“İlk dəfədir ki, Bakıdayam. Bilirəm ki, Bakı çox gözəl şəhərdir. Bura gələnə qədər bu barədə çox oxumuşam. Burada maraqlı tarixi yerlər, Xəzərin sahilində yeni park var. Oraya getmək istəyirəm. Çox istərdim ki, bu şəhəri daha yaxından tanıyım”, - deyən baş məşqçinin sözlərinə görə, EYOF Bakı-2019-da çıxış edən komandaların hazırlıq səviyyəsi çox yüksəkdir. O, sözünə davam edərək deyib: “Birinci və ikinci qruplarda çox ciddi rəqiblər var. İlk oyunlardan sonra mən özüm də, qızlar da başa düşdülər ki, asan oyun olmayacaq. Buna görə də hər oyunu təhlil edir, növbəti oyuna hazırlaşırıq. Mənim fikrimcə, Rusiya yığmasının əsas rəqibləri Fransa və Macarıstan komandaları olacaq”.

Baş məşqçidən soruşduq ki, onun fikrincə, rusiyalı idmançılardan kimin basketbol ulduzuna çevrilmək şansı var? A.Kovalyov bu sualın cavabında dedi: “Konkret kimisə fərqləndirə bilmərəm, çünki onların hərəsinin 15-16 yaşı var. Hər şey məşqlərdən, məşq prosesindən və bu qızların harada oynayacağından asılı olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.