CƏMİYYƏT


Rusiyalı mütəxəssislər Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanış olublar

Bakı, 22 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunda Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas məqsədi qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olub.

Görüşdə Rusiya nümayəndə heyətinə Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri, ölkələrimiz arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində uğurlu əməkdaşlıq əlaqələrinın qurulması, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri, eləcə də institutun nəzdindəki laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası və beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verilib.

Rusiyalı mütəxəssislər iş prinsipini öyrənmək və müayinə metodları ilə tanışlıq məqsədilə laboratoriyalara baxış keçiriblər.

Səmimi görüşə görə təşəkkür edən Rusiya nümayəndə heyətinin üzvləri qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndə heyəti iyunun 20-də Azərbaycana gəlib, səfər iyunun 24-ə kimi davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.