İQTİSADİYYAT


Rusiyalı nazir MDB çərçivəsində dağlıq ərazilərin inkişafına dair qanunun bu il qəbul ediləcəyinə ümid bəsləyir

Moskva, 22 mart, AZƏRTAC

Rusiya Şimali Qafqaz İşləri Nazirliyi MDB Parlamentlərarası Assambleyasının “Dağlıq ərazilərin inkişafı və mühafizəsi” haqqında model qanunu bu il qəbul edəcəyinə ümid bəsləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov söyləyib. MDB ölkələrində icra olunacaq qanunun böyük əhəmiyyətə malik olduğunu qeyd edən nazir bildirib ki, sənədin icrası dağ ərazilərinin inkişafına, bu ərazilərdə yaşayan əhalinin həyat səviyyəsinin artırılmasına kömək edəcək.

Rusiyada bu qanun, əsasən, Şimali Qafqazda həyata keçiriləcək. Belə ki, Şimali Qafqaz ərazisinin 60 faizi dağlıq ərazilərdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.