CƏMİYYƏT


Rusiyalı plastik cərrah “Tibbi kosmetologiya” kursunda praktiki vərdişlər üzrə məşğələlər aparıb

Bakı, 22 noyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyası Respublika Diaqnostika Mərkəzinin bazasında Azərbaycanda ilk dəfə olaraq birgə keçirdikləri “Tibbi kosmetologiya” ixtisası üzrə altıaylıq hazırlıq kursu uğurla davam edir.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kurs “Tibbi kosmetologiya” ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunması məqsədi daşıyır.

Kursda növbəti praktiki məşğələləri Bakıya ezam olunmuş Rusiya Plastik Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin üzvü, Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyasının plastik və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb elmləri namizədi Svetlana Surovıx Respublika Diaqnostika Mərkəzində aparıb. Kurs müddətində qeyri-invaziv və invaziv, həmçinin aparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması bacarıqları öyrədilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.