Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiyalı politoloq: Prezident İlham Əliyev fitri diplomatiklik istedadına malikdir

Rusiyalı politoloq: Prezident İlham Əliyev fitri diplomatiklik istedadına malikdir

Moskva, 10 aprel, AZƏRTAC

“Prezident İlham Əliyev öz seçicilərinin ümidlərini doğruldub. Hər şeydən əvvəl, Azərbaycanda siyasi və sosial-iqtisadi sabitlik qorunub saxlanıb, bu isə insanlar üçün çox qiymətlidir”.

Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, politoloq Sergey Markov AZƏRTAC-ın müxbiri ilə söhbətində Prezident İlham Əliyevin yenidən dövlət başçısı vəzifəsinə seçilməsinin birinci ilinin yekunlarını qiymətləndirərək bu sözləri deyib. O qeyd edib ki, siyasi qeyri-sabitliyin artdığı digər ölkələrin fonunda Azərbaycan azadlıq vadisinə bənzəyir. S.Markov vurğulayıb: “Ölkədə fasiləsiz iqtisadi inkişaf davam edib. 2018-ci ilin yekunlarına görə, ÜDM artımı təqribən 1,5 faizə bərabər olub. Bu halda kənd təsərrüfatı məhsulları istehsalı təqribən 5 faiz artıb. Qeyri-neft sektorunda təqribən 10 faiz artım olub. Bu, çox gözəl göstəricidir. İnflyasiya minimal səviyyədə (2 faiz) olduğu halda gəlirlərin ümumi artımı davam edib. Ölkə demoqrafik baxımdan inkişaf edir. O, həm iqtisadi baxımdan, həm də əhalinin sayına görə böyüyür. Başqa ölkələrdə demoqrafik göstəricinin azalması fonunda Azərbaycanda müsbət artım müşahidə olunur”.

S.Markovun fikrincə, son bir ildə xarici siyasət sahəsində çoxvektorlu siyasət davam edib. Azərbaycan praktiki olaraq bütün qonşuları ilə və dünyamiqyaslı iri subyektlərlə yaxşı münasibətlərə malikdir. Politoloq deyib: “Azərbaycanın bütün qonşuları ilə – Rusiya, Türkiyə və İranla, habelə iri geosiyasi subyektlərlə - Avropa İttifaqı, ABŞ və Çin ilə çox gözəl münasibətləri var. Avropa İttifaqı ilə “Tərəfdaşlığın prioritetləri haqqında Saziş” imzalanıb. Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiya Azərbaycan rəhbərliyinin bu məsələyə yanaşmasını əks etdirir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu yanaşmalar Rusiyanın yanaşmalarına əsla zidd deyil və çox cəhətdən, üst-üstə düşür. Bu, Xəzərdə fəallığın inkişaf etdirilməsi üçün, Xəzər regionunun siyasi mübarizə meydanına çevrilməməsi üçün möhkəm hüquqi təməl yaradır. Paralel olaraq Rusiya və İranla birlikdə inkişaf etdirilən Şimal-Cənub nəqliyyat dəhlizi şimal-qərbi Avropanın iqtisadi cəhətdən inkişaf etmiş regionlarını və Hindistanın cənubunu əlaqələndirməlidir. Azərbaycan bu layihənin əsas iştirakçılarından biridir. Bundan əlavə, TANAP Transanadolu qaz kəməri və Cənub Qaz Dəhlizi inkişaf etdirilir”.

S.Markov vurğulayıb ki, Azərbaycan regionda genişlənməkdə olan münaqişələrdən, o cümlədən dinlərarası münaqişələrdən yan keçməyə nail olub. O deyib: “Bu, Prezident İlham Əliyevin böyük diplomatikliyə malik olmasının ifadəsidir. O, təhsili üzrə də diplomatdır. Məlum olduğu kimi, o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib və bu ali məktəbdə dərs deyib. Bundan əlavə, o, fitri diplomatiya nəzakətinə və diplomatiklik istedadına malikdir. Bu, Azərbaycan mədəniyyətinə xas olan plastiklik xarakteristikasından irəli gəlir. Ətraf aləmdə vəziyyətin ifrat dərəcədə gərgin olmasına baxmayaraq Azərbaycan həm bu mürəkkəb regionda öz mövcudluğunu yumşaltmağa, həm münaqişələrə qoşulmamağa, həm də danışıqlar prosesinə kömək etməyə nail olur. Məsələn, səciyyəvi haldır ki, Rusiya və ABŞ-ın hərbi rəhbərlərinin görüşləri keçirilən məkan kimi Bakı seçilir. Moskva və Vaşinqtonun bu cür görüşlərinin keçirildiyi yer kimi dəfələrlə məhz Bakının seçilməsi Bakının qonaqpərvərliyi, onun həm Rusiya ilə, həm də ABŞ ilə yaxşı münasibətlər saxlamaq bacarığı ilə izah olunur”.

Ekspertin fikrincə, Azərbaycanda böyük beynəlxalq forumların, o cümlədən Bakı Humanitar Forumunun keçirilməsi mühüm faktdır, Azərbaycan bu forumlarda əməkdaşlıq və multikulturalizm ideyalarını təbliğ edir. S.Markov vurğulayıb: “İdentikliklərin qarşı-qarşıya gəldiyi müasir dünyada bu çox vacibdir. Multikulturalizm Azərbaycanın ictimai-dövlət ideologiyasıdır. Bu fakt ölkə daxilində də təzahür edir, burada müxtəlif etnik və dini qruplar arasında vətəndaş həmrəyliyi və dialoq fəal inkişaf edir. Bu multikulturalizm ideologiyasının xarici siyasətdə də tətbiq edilməsi sayəsində Azərbaycan bir-biri ilə münaqişə vəziyyətində olan ölkələr arasında dialoqa kömək edə bilir”.

S.Markov Rusiya-Azərbaycan münasibətlərindən söhbət açaraq qeyd edib ki, iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunur. Prezident Vladimir Putin Azərbaycana səfər edib, həmin səfər zamanı dövlət başçıları Rusiya-Azərbaycan regional forumunda iştirak ediblər. Rusiyalı ictimai xadimlər, mədəniyyət xadimləri tez-tez Azərbaycana səfər edirlər. Xocalı faciəsinin ildönümü ilə əlaqədar matəm tədbirlərində Dövlət Dumasının nümayəndə heyətinin iştirakı Azərbaycan ictimaiyyətinə güclü təsir bağışlayıb. Bu, Azərbaycanda Rusiyaya dostluq münasibətlərinə böyük təkan verib. Azərbaycanda rus diasporu və Rusiyada Azərbaycan diasporu özlərini çox rahat hiss edir. Onlar üçün İki Vətən anlayışı çox münasibdir, çünki Rusiya və Azərbaycan arasında çoxillik mehriban qonşuluq münasibətləri formalaşıb və hazırda bu münasibətlər dinamik inkişaf edir.

Politoloq deyib: “Azərbaycanda turizm sürətlə inkişaf edir. Keçən il Azərbaycan üç milyona yaxın turist qəbul edib, bu turistlər ölkədə 2 milyard dollardan artıq pul xərcləyiblər. Ölkədə turizmlə bağlı vəziyyətin yaxşılaşması çox cəhətdən ərəb ölkələri və İranla viza rejiminin sadələşdirilməsi məsələsinin həlli sayəsində mümkün olub. Azərbaycan həm də İslam aləmində avropalaşmış ölkə kimi cəlbedicidir. Bu müsbət imic hesabına Azərbaycan xeyli gəlir əldə edir”.

Ekspert qeyd edib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoru qabaqlayıcı sürətlə inkişaf edir. Onun fikrincə, bu, neft sektorundan əldə edilən gəlirləri düzgün reallaşdırmağa və eyni zamanda iqtisadiyyat üçün möhkəm təməl yaratmağa kömək edir. Neft gəlirləri infrastrukturun inkişafına uğurla sərmayə qoyulur. Yaxşı yollar, aeroportlar tikilib, yeni aviareyslər açılıb. Əhaliyə elektron xidmətlərin müxtəlif növləri uğurla tətbiq edilir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir VİDEO

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO