SİYASƏT


Rusiyalı politoloq: Qarabağ unikal regiona çevriləcək VİDEO

Rusiyalı politoloq: Qarabağ unikal regiona çevriləcək VİDEO

Moskva, 29 may, AZƏRTAC

İşğaldan azad ediləndən sonra bərpa olunan Qarabağ unikal regiona çevriləcək, bir vaxtlar talanmış və dağıdılmış ərazilərin yenidən necə bərpa edildiyinin nümunəsi olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutu direktorunun müavini Darya Qrevtsova bildirib.

Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən politoloq deyib: “Mən Azərbaycanı, gözəl Bakı şəhərini çox sevirəm. Bu ölkəyə tərəqqi və inkişaf arzulayıram. Biz Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin inkişafına necə böyük töhfələr verdiklərini görürük. Biz Qarabağ regionunun necə sürətli templərlə inkişaf etdiyinin şahidiyik”.

Darya Qrevtsovanın sözlərinə görə, Azərbaycanın Qarabağ regionu tezliklə turistlərin ən sevimli yerinə çevriləcək. “Ümidvaram ki, bir çox rusiyalı tezliklə gözəl Qarabağı ziyarət edəcək, nə vaxtsa nağıllarda, tarixi hekayələrdə oxuduqlarını öz gözləri ilə görəcəklər”, - deyə politoloq əlavə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.