Rusiyalı politoloq: Türkiyə müəyyən diplomatik səylər göstərəcək ki, qətnamə Fransa icra orqanları səviyyəsində təsdiqlənməsin
AzerTAg.az
Moskva, 26 noyabr, AZƏRTAC
Fransa parlamentinin yuxarı palatasının qətnaməsi yalnız tövsiyə xarakteri daşıyır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politcoystik” Teleqram-kanalın müəllifi Marat Başirov “Sputnik” radiosunun efirində bildirib.
O qeyd edib ki, Senatın qətnaməsi Fransa Respublikası tərəfindən qondarma “DQR”in müstəqilliyinin tanınması demək deyil. Lakin, eyni zamanda, bu, həm Parislə Bakı arasında münasibətləri gərginləşdirə, həm də Fransa ilə Türkiyənin münasibətlərini daha çox korlaya bilər.
Marat Başirov deyib: “Bu, Türkiyəni qıcıqlandıracaq, Türkiyə Fransa Senatının bu bəyanatını yəqin ki, sakit qəbul etməyəcək. Əlbəttə, Türkiyə tərəfindən müəyyən diplomatik səylər göstəriləcək ki, qətnamə Fransa icra orqanları səviyyəsində təsdiqlənməsin”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin mətnində orfoqrafik səhv var