İDMAN


Rusiyalı qadın şahmatçı birinci “Cairns Cup” turnirinin qalibi olub

Bakı, 16 fevral, AZƏRTAC

ABŞ-ın Sent-Luis şəhərində keçirilən birinci “Cairns Cup” şahmat turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, ilk dəfə keçirilən yarışın qalibi adını rusiyalı şahmatçı Valentina Qunina qazanıb. O, 9 oyundan 7 xal toplayaraq 40 min dollar məbləğində baş mükafata sahib olub.

Yarışda ikinci yeri 6,5 xalla rusiyalı keçmiş dünya çempionu Aleksandra Kostenyuk tutub. Üçüncü pillədə isə amerikalı İrina Kraş qərarlaşıb.

Qeyd edək ki, “Cairns Cup” turnirində on qadın şahmatçı mübarizə aparıb. Yarışın ümumi mükafat fondu 150 min dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.