MƏDƏNİYYƏT


Rusiyalı rejissorun filmi “Artım”da nümayiş olunub

Bakı, 12 sentyabr, AZƏRTAC

“Artım” layihə məkanında rusiyalı rejissor İvan Tverdovskinin ekranlaşdırdığı “Korreksiyaedici sinif” adlı film nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində izlənilən ekran əsəri “bullinq” (uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış) mövzusunda olub.

Xronometrajı 98 dəqiqə olan film əlil arabası ilə hərəkət edən Lena Çexova haqqındadır. O, uzun müddət ev şəraitində təhsil aldıqdan sonra, orta təhsilini davam etdirmək üçün, onun kimi müxtəlif əlilliyi olan uşaqların oxuduğu xüsusi məktəbə təyin edilir. Filmin qəhrəmanları ilk sevgi hisslərini keçirməklə yanaşı, həm də həyatda ilk dəfə ətraf dünyanın qəddarlıqları ilə qarşılaşır...

Rus dilində nümayiş edilən ekran əsəri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.