MƏDƏNİYYƏT
Rusiyalı rejissorunun ekran əsəri “Zerkalo” kinofestivalının qalibi seçilib
Bakı, 24 iyun, AZƏRTAC
Kantemir Balaqovun “Uzundıraz” filmi əsəri Rusiyada keçirilən XIII “Zerkalo” kinofestivalın Qran-Prisini qazanıb.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, rejissor Novosibirskdə olduğu üçün festivala qatıla bilməyib.
Təşkilatçılar K.Balaqovun festivala qatılmamasına təəssüfləniblər. Mükafatlandırma mərasimində rejissorun müraciəti dinlənilib. O deyib: “Bilirəm ki, “Uzundıraz” filminin nümayişi zamanı zal tam dolu olub və ortaya sükut çöküb. Bu çox qürurvericidir. Bilirdim ki, film çoxlarını təsirləndirəcək. Əslində filmin məqsədi də elə bunda idi”.
Filmin süjeti bir-birinə zidd olan rəfiqələrin Böyük Vətən müharibəsindən sonrakı dövrdə başlarına gələnləri əks etdirir. Əsl müharibə qurtarsa da, rəfiqələr arasında yeni bir “müharibə” başlayır...