MƏDƏNİYYƏT


Rusiyalı rəssamın “Yasəmən natürmortu” hərraca çıxarılacaq

Bakı, 25 aprel, AZƏRTAC

Kuzma Petrov-Vodkinanın “Yasəmən natürmortu” rəsmi Londonda yerləşən “Christie's” hərracında iyunun 3-də satışa çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, “Yasəmən natürmortu” ilk dəfə “Christie's”in Moskvadakı nümayəndəliyində mayın ortalarında nümayiş olunacaq.

Məlumatda bildirilir ki, hər kəs dahi rus rəssamının əsəri ilə tanış ola bilər.

Əsərin 1,4-2 milyon dollara satılması güman edilir.

Hərrac evinin mətbuat katibliyindən bildirilib ki, əsər 1932-ci ildən Rusiya pavilyonlarında sərgilənib. “Yasəmən natürmortu” italyan sənətşünası Covanni Şeyvillerin şəxsi kolleksiyasından götürülüb. Bu rəsmlə 1920-1930-cu illərdə İtaliya ilə SSRİ arasında mədəni mübadilənin tarixini izləmək olar.

“Yasəmən natürmortu” Perov-Vodkinanın şəxsi palitrasında çəkilib və rəssamın koloristika sahəsində tədqiqatlarını əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.