İDMAN


Rusiyalı tennisçilər: Finala çıxdıq, çox sevinirik!

Bakı, 25 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC

XV Avropa Gənclər Yay Olimpiya Festivalında ölkəmizi layiqincə təmsil edirik. Finala çıxdığımız üçün çox sevinirik. Bu günə qədər final uğrunda mübarizə aparırdıq. Artıq qızıl medal üçün korta çıxacağıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışlarının komanda oyununda finala çıxan rusiyalı cütlük - Yekaterina Maklakova və Mariya Şoloxova deyiblər.

İdmançılar qeyd ediblər ki, Bakı festivala çox yaxşı hazırlaşıb.

“Komanda oyunlarında finala qədər ən güclü rəqibimiz Türkiyə oldu. Finalda Belarus ilə qarşılaşacağıq. Gücümüzə inanırıq. Festivalın çempionu biz olacağıq”, - deyə rusiyalı tennisçilər vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.