REGİONLAR


Rusiyalı turist: “Xızıda Mars planetinin səthini xatırladan dağlar bizi valeh etdi” VİDEO

Rusiyalı turistlər Azərbaycanda velosipedlə səyahət edirlər

Xaçmaz, 11 oktyabr , Elxan Yusifli, AZƏRTAC

Rusiyalı turistlər Sergey Tolubayev və Yelena Çerneskaya Bakı şəhərindən Dağıstanın paytaxtı Mahaçqalayadək velosipedlə səyahətə çıxıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Moskvadan gələn turistlər artıq dörd gündür Azərbaycandadırlar. Səyahətlərinə Bakı şəhərindən başlayan rusiyalı qonaqlar İçərişəhərdə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, eləcə də paytaxtımızın bir sıra digər görməli yerlərində olublar.

“Bakı həm müasir həm də çox qədim şəhərdir. Biz İçərişəhərdə olduq. “Brilliant əl” kinokomediyasının lentə alındığı məkanda şəkil çəkdirdik. Xızıda isə Mars planetinin səthini xatırladan dağlar bizi valeh etdi. Biz Yelena ilə tez-tez velosipedlə səyahətlərə çıxırıq. Sonuncu səfərimizdə Soçi şəhərindən Murmanska qədər 5 min kilometr qət etmişik. Yaxşı formadayıq”-deyə Sergey Tolubayev bildirib.

Rusiyalı turistlər səyahət zamanı çadırda gecələyirlər.

“İlk gecəni Yanardağın yaxınlığında keçirdik. İkinci gün əsrarəngiz təbiət mənzərəsinə malik Xızıda, ötən gün isə Xəzər dənizinin sahilində gecələdik. Burada insanlar çox mehriban və qonaqpərvərdirlər. Hamı bizə meyvə və yemək təklif edir. Hətta öz evlərində gecələmək üçün yer də ayıranlar var” - deyə Yelena Çerneskaya bildirib.

Rusiyalı turistlər gün ərzində təxminən 80 kilometr yol qət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.