İDMAN


Rusiyalı velosipedçilərin Bakıda təlim-məşq toplanışı davam edir

Bakı, 23 fevral, AZƏRTAC

Rusiyanın BMX üzrə yığma komandasının Bakıda təlim-məşq toplanışı davam edir. Fevralın 13-dən paytaxtımızda olan rusiyalı idmançılar BMX Veloparkında hazırlıq prosesi keçirlər.

AZƏRTAC Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadla xəbər verir ki, Bakıya 11 nəfərlik nümayəndə heyəti ilə gələn komanda üzvlərindən aşağı yaş qrupuna aid 5 idmançı daxili yarışlarda iştirak etmək üçün artıq Rusiyaya qayıdıb.

Elit kateqoriyalı digər 4 velosipedçi isə fevralın 28-dək Azərbaycanda olacaq.

Qeyd edək ki, Rusiya velosipedçilərini qarşıdakı aylarda Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa və dünya kuboku yarışları gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.