MƏDƏNİYYƏT


Rusiyalı violin ifaçısı Sergey Doqadin Bakıda ustad dərsi keçib

Bakı, 20 sentyabr, AZƏRTAC

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində tanınmış rusiyalı violin ifaçısı Sergey Doqadinin ustad dərsi təşkil olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, P.Çaykovski adına XVI Beynəlxalq Musiqi Festivalının qalibi olan ifaçının ustad dərsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, paytaxtın musiqi məktəblərinin bir qrup şagirdi və onların müəllimləri iştirak ediblər.

Rusiyalı musiqiçi hər bir şagirdi ayrılıqda dinləyərək öz məsləhətlərini verib. Bildirib ki, saatlarla alət arxasında vaxt keçirməməyin ən asan yolu ağıl və ürəklə, düşünərək ifa etməkdir.

Şagird və müəllimlərin suallarını cavablandıran Sergey Doqadin texnika, musiqi duyumu, müasir ifaçılığın problemləri ilə bağlı fikirlərini bölüşüb.

Ustad dərsi maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.